Futbolçumuz het-trik etdi

Sportarena.az      18 İyun 2018, 14:45

Futbol üzrə Latviya birinci liqasında 10-cu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun şərəfini qoruduğu "Olayne" səfərdə "Smiltene" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 4 - 0 hesablı qələbə ilə ayrılıb.

 

Start heyətdə meydana çıxan Vüqar sonadək oynayıb. Komandasının qələbəsində futbolçumuzun xüsusi payı olub. Belə ki, Əsgərov bu matçda 3 qol vurmağı bacarıb.

 

Qeyd edək ki, bu, onun cari mövsümdə vurduğu 8-ci qoldu. "Olayne" 10 turdan sonra 17 xalla 14 komanda arasında 3-cü pillədə qərarlaşıb və ehtiyatda bir oyunu var.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin