"İnter" Bakıya qayıdır

21:07 18 İyun 2017

Türkiyənin Bolu şəhərində "İnter" qardaş ölkədəki toplanışını başa vurub.

 

Sportarena.az xəbər verir ki, paytaxt klubu səhər saatlarında buradakı son məşqinə çıxıb. Komanda Avropa Liqasına hazırlığın növbəti hissəni Bakıda davam etdirəcək.

 

Qeyd edək ki, "İnter" toplanış çərçivəsində 3 yoxlama görüşü keçirib. İlk matçda "Zirə"yə uduzan (0:2) "ağ-göylər", ikinci matçda Kamerunun "Kolomb Sportiv" klubuna qalib (1:0) gəlib. Təmsilçimiz son matçında dünən Rumıniyanın "Vitorul" klubundan üstün olub (2:1).


Digər xəbərlər

Xəbər xətti