Eddinin komandası La Liqaya yüksələ bilmədi

10:51 19 İyun 2017

İspaniya La Liqasına sonuncu vəsiqə uğrunda pley-off oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, həlledici oyuna vəsiqə qazanan ikinci komanda da bəlli olub. Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kadis" səfərdə "Tenerife" ilə qarşılaşıb. Matçın əsas vaxtı ev sahiblərinin qələbəsi ilə nəticələnib - 1:0. Tərəflər arasında ilk görüşdə eyni hesab qeydə alındığından əlavə vaxta ehtiyac duyulub.

 

Lakin artırılan yarım saatda da başqa qol olmayıb. Belə olan halda yarışın əsasnaməsinə uyğun olaraq, İspaniya ikinci liqasında mövsümü 5-ci yerdə başa vura "Kadis"dən daha üst pillədə (4-cü) qərarlaşan "Tenerife" finala yüksəlib. Eddi isə bu matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

Qeyd edək ki, "Tenerife"nin La Liqaya vəsiqə uğrunda həlledici görüşlərdəki rəqibi "Xetafe" olacaq.


Digər xəbərlər

Xəbər xətti