Sportarena.az
18 Avqust 2017

Klublarımızın rəqibləri məlum oldu - YENİLƏNİB

12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün Avropa Liqasında 2017/18 mövsümünün I və II təsnifat mərhələsinin püşkü atılaır. 
 
Sportarena.az xəbər verir ki, ölkəmizi bu turnirdə üç komanda – “Qəbələ”, “Zirə”, və “İnter” təmsil edəcək. Mübarizəyə I təsnifat mərhələsindən start verəcək “İnter”lə “Zirə”nin rəqibləri artıq məlumdu.  "Zirə" Lüksemburqun “Differdanj”, "İnter" isə Serbiyanın “Mladost” klubu ilə qarşılaşacaq.
 
Mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq “Qəbələ” isə  I mərhələdə çıxış edəcək "Yaqelloniya" (Polşa)/"Dinamo" (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.
 
"İnter" və "Zirə" nin də bu mərhələdəki rəqibləri müəyyənləşib. “Mladost” - “İnter” cütünün qalibi “Fola” (Lüksemburq) - “Milsami” (Moldova) duelinin güclüsü ilə görüşəcək. “Zirə” – “Differdanj”ın cütünün qalibinin rəqibi isə “Astra” olacaq.
 
Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları 29 iyun – 6 iyul, II təsnifat mərhələsinin matçları isə 13-20 iyul tarixlərində keçiriləcək.
Tarix
19.06.17 [16:55]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

18 Avqust
17 Avqust 

Facebook

Sorğu

Avrokuboklarda hansı klubumuz daha uğurlu çıxış edəcək?
 "Qarabağ"
 "Qəbələ"
 "İnter"
 "Zirə"

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio