Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"də nə qədər qazanacaq?

13:28 19 İyun 2017

Ötən mövsümü Xorvatiyanın ikinci liqasında keçirən Elnur Cəfərov karyerasını vətəndə davam etdirəcək. Baş məşqçi Yaşar Vahabzadə ilə problem yaşadığı üçün U-21-in Avstriya toplanışına aparılmayan yarımmüdafiəçi "Neftçi" ilə razılığa gəlib.
 

Sportarena.az xəbər verir ki, "Xəzər Lənkəran"ın yetirməsi ağ-qaralarla 1+1 illik müqavilə bağlayıb. "Duqopolye"də əsas heyətə düşə bilməyən Cəfərov paytaxt klubu ilə 72 min manata anlaşıb. O, hər ay bakılılardan 6000 manat maaş alacaq.

 
Elnura "Neftçi" forması geyindirən Riad Rəfiyev də az qazanmayıb. AFFA-nın milli komandalar üzrə seleksiyaçısı bu transferdən 10000 manat qazanıb. (Sportinfo.az)


Digər xəbərlər

Xəbər xətti