İdmançımız Yaponiyada qrup üçüncüsü oldu

13:51 19 İyun 2017

Yaponiyanın paytaxtı Tokio şəhərində 43-cü kişilər və 23-cü qadınlar arasında ağır atletika üzrə gənclərin dünya çempionatı keçirilir.

 

Sportarena.az xəbər verir ki, yarışda yüzə yaxın ölkədən 306 atlet (125 qadın və 181 kişi) körpücük üzərinə çıxacaq. İştirakçılar arasında Azərbaycan yığma komandasının üzvləri də var. Onlardan İsa Rüstəmov 69 kq çəki dərəcəsində mübarizəyə qoşulub. Atletimiz bu çəkinin B qrupunda çıxış edib.

 

İsa birdən qaldırma hərəkətində 125 kq, təkanla qaldırmada isə 160 kq-ı ram edib. O, toplam 285 kq (125+160) nəticə ilə B qrupunda 3-cü, bu çəki dərəcəsinin yekun sıralamasında 12-ci yeri tutub.


Digər xəbərlər

Xəbər xətti