Rəşad Sadıqov UEFA-nın TOP-5-liyində

14:47 19 İyun 2017

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa kuboklarının təsnifat mərhələlərində ən çox oyun keçirən futbolçular siyahısına düşüb.

 

Sportarena.az xəbər verir ki, bu barədə UEFA-nın saytında məlumat verilib. Sadıqov “Neftçi”, “Kayserispor” (Türkiyə) və “Qarabağ”ın heyətində avrokubokların ilkin təsnifat mərhələlərində 55 oyun keçirib. Bu göstərici ilə o, siyahıda Vilali Radionovla (BATE) birgə 3-4-cü yerləri bölüşdürüb.

 

Siyahıya Saşa İliç (“Partizan”, “Qalatasaray”, “Zalsburq”, 69 oyun) başçılıq edir. Kostas Xaralambides (APOEL, “Panatinaikos”, AEK Larnaka, 57 oyun) isə 2-cidir. İlk beşliyi 52 oyunla Stefan İşizaki (AİK, “Elfsborq”, “Volerenqa”) tamamlayıb.


Digər xəbərlər

Xəbər xətti