"Qarabağ"ın ilk oyununu harada keçirəcək?

14:58 19 İyun 2017

"Qarabağ"ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubu ilə qarşılaşacağı barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, artıq tərəflər arasındakı ilk qarşılaşmanın keçiriləcəyi məkan da bəlli olub. İlk görüş Bakıda baş tutacaq.

 

Qeyd edək ki, ikinci təsnifat mərhələsinin qarşılaşmaları isə 11-12 və 18-19 iyul tarixlərində keçiriləcək.


Xəbər xətti