Ramil Şeydayevin də rəqibi bəlli oldu - Danimarka klubu

15:43 19 İyun 2017

Bu gün Çempionlar Liqasının 2016/17 mövsümünün 1-ci və 2-ci təsnifat mərhələsinin püşkatması keçirilib.

 

Sportarena.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Jilina”nın da rəqibi bəlli olub. Son Slovakiya çempionu mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq. “Sarı-yaşıllar” Danimarka çempionu “Kopenhagen”ə rəqib olub. Bu komandalar arasında ilk oyun Slovakiyada keçiriləcək.

 

Qeyd edək ki, Şeydayev son mövsümdə “Jilina”da şans qazandığı 12 oyunda 5 qola imza atıb.

 

Əlavə edək ki, 2-ci təsnifat mərhələsinin ilk oyunları 11-12 iyulda, cavab oyunları isə 18-19 iyulda keçiriləcək


Digər xəbərlər

Xəbər xətti