Sportarena.az
25 İyun 2017

"Qarabağ"ın Bakıda darmadağın olmuş rəqibi

12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ” Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində rəqibi olan “Samtredia” ardıcıl ikinci mövsüm ölkəmizə səfər edəcək.

 

Sportarena.az xəbər verir ki, bu komanda ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ”yə rəqib olmuşdu. Bakıda rəqibini darmadağın edən (5:1) “qırmızı-qaralar” Zestafonidə 1:2 hesablı məğlubiyyətə baxmayaraq, yoluna davam etmişdi.
 
Samtredia şəhərinin eyniadlı təmsilçisinin əsası 1936-cı ildə qoyulub. Rəqib ev oyunlarını Erosi Mandjqaladzenin adını daşıyan 15 minlik stadionda keçirir.
 
“Samtredia” əvvəllər fərqli adlarda çıxış edib. Belə ki, komanda müxtəlif vaxtlarda “Lokomotiv”, “Sanavardo”, “Djuba” və “İberiya” adlarını daşıyıb. Fəaliyyəti “Lokomotiv” adı ilə başlayan indiki “Samtredia” SSRİ-nin ikinci liqasında mübarizəyə start verib.
 
Komandanın bu ilə qədərki ən uğurlu vaxtları “İberiya” adını daşıdığı dönəmə, daha dəqiq desək, 1994-1996-cı illərə təsadüf edib. Həmin vaxt Gürcüstan çempionatında ikinci yeri tutan klub ilk dəfə ölkəni UEFA Kubokunda təmsil etmək hüququna yiyələnib. “Qarabağ”ın rəqibi avrokuboklarda debüt mövsümündə (1995-1996) Makedoniya təmsilçisi “Vardar”la qarşılaşıb və hər iki görüşdə uduzub – 0:2, 0:1. Bu klub Avropa arenasındakı ikinci sınağını isə yuxarıda da qeyd etdiyimiz kimi, ötən mövsüm “Qəbələ” önündə verib.
 
2015-16 mövsümündə ikinci dəfə Gürcüstan çempionatının gümüş medallarına sahib çıxan “Samtredia” geridə qalan mövsümdə tarixinin ilk çempionluğuna yiyələnib və bununla birinci dəfə Çempionlar Liqasında iştirak hüququ əldə edib. ÇL-in debütantı daha çox Gürcüstan yığmasının sabiq oyunçusu Kaxa Kaladzeni yetişdirməklə ad çıxarıb.
 
Komandanın baş məşqçisi Gia Tsetsadzedi. Əsası gürcü futbolçulardan təşkil edilən “Samtredia”nın heyətində 4 legioner çıxış edir. Onlardan 2-si Ukraynanı, 1-i Rusiyanı, 1-i isə Qananı təmsil edir.

Tarix
19.06.17 [17:14]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

25 İyun
24 İyun 

Facebook

Sorğu

Növbəti mövsümdən Premyer Liqada neçə klub iştirak etsin?
 8
 10
 12
 Daha çox

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio