Sportarena.az
25 İyun 2017

Zaur Svanadze: "Mladost" səddini keçə bilərik" - AÇIQLAMA

12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rəqibimizin kim olduğunu bildik. Artıq diqqətimizi ilk oyunun hazırlığına yönəldəcəyik”

 

Sportarena.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında “İnter”in baş məşqçisi Zaur Svanadze deyib. Ölkəmizi Avropa Liqasında təmsil edəcək bakılılar ilk təsnifat mərhələsində Serbiyanın “Mladost” klubu ilə üz-üzə gələcəklər. Püşkü dəyərləndirən Svanadze bəxtlərinin gətirmədiyini bildirib. Bununla belə, gürcüstanlı mütəxəssis mərhələ adlamağa çalışacaqlarını qeyd edib:

 

“Deyərdim ki, ən çətin rəqib bizə düşdü. “Mladost” güclü komandadı. Serbiya futbolu həmişə yaxşı mənada fərqlənib. Rəqib barədə ətraflı məlumat toplayacağıq. Kiminlə düşmək istərdik? Artıq bunun mənası yoxdu. Belə baxanda, böyük fərq etmir. Bəxtimizə hansı komanda düşübsə, ona qarşı da oynamalıyıq. Futbolda istənilən nəticə qeydə alına bilər. Hər komandanın şansı var. İndiki məqamda məni yalnız “Mladost”la oyunlar maraqlandırır”.

 
Svanadze hazırkı heyətlə də Avropa Liqasında uğurlu çıxış etməyin mümkün olduğunu vurğulayıb:

 

“Futbolçularıma inanıram. Bu heyətlə də mübarizə apara, “Mladost” səddini keçə bilərik. Necə olacağını görəcəyik? Amma istənilən rəqibə qarşı oynayıb, uğur qazanmaq olar. Hazırlıqdan çox şey asılıdı. Matça eyni tempdə hazırlaşmaqda davam edəcəyik”.

Tarix
19.06.17 [17:46]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

25 İyun
24 İyun 

Facebook

Sorğu

Növbəti mövsümdən Premyer Liqada neçə klub iştirak etsin?
 8
 10
 12
 Daha çox

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio