Sportarena.az
25 İyun 2017

"Əvvəlki illərdə favorit olduğumuz görüşlərdə məğlub da olmuşuq" - Vaqif Sadıqov

12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xoş hissdir ki, komandalarımız kağız üzərində favorti hesab edilirlər".

 

Bu sözləri Sportarena.az saytına açıqlamasında AFFA-nın İcraiyyə Komitəsinin üzvü və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov avrokuboklarda iştirak edəcək klublarımızın rəqibləri barədə fikirlərini bölüşərkən deyib. Təcrübəli mütəxəssis klublarımızın favorit göstərilməsinə rəğmən, rəqib komandalara hörmətlə yanaşmağın tərəfdarı olduğunu söyləyib:

 

"Favorit göstərilsək də, klublarımızın rəqiblərinə hörmətlə yanaşmalıyıq. Ölkələrin adları və klubların reytinqləri onların hansı gücdə olduğunu göstərə bilməz. Bura avrokuboklardı, artıq heç nə əvvəlki kimi deyil. Lüksemburqda da futbol oynaya bilirlər, Gürcüstanda da. Rəqiblərə qarşı hörmətlə və bir o qədər ciddi yanaşmaq lazımdı. Mən bu məsələyə belə yanaşıram. Düzdü, klublarımız bu rəqiblərdən bir qismini məğlub edib. Böyük hesabla da qalib gəlmişik. Amma bu o demək deyil ki, bu rəqibləri zəif sayaq. Əvvəlki illərdə favorit olduğumuz görüşlərdə məğlub da olmuşuq. Bunları da unutmamalıyıq".

 

Sadıqov klublarımızın özlərini Avropada sübut etmək imkanı əldə etdiklərini də bildirdi. :

 

"Klublarımız ötən illərdə avrokuboklarda uğurlu çıxış etdilər. Bunun nəticəsində yaxşı reytinq qazandılar. İndi vəziyyət imkan verir ki, klublarımız özlərini bir daha sübut etsinlər. Növbəti mövsümdən qrup mərhələsinə düşmək çətin olacaq. İndidən elə uğur qazanmaq lazımdı ki, gələn il işimiz çətin olmasın, vəziyyət xeyrimizə dəyişsin. Klublarımız bunun üçün çalışmalı və qarşılarına məqsəd qoymalıdılar".

 

O, sonda avrokubokların debütantı "Zirə" haqqında da danışdı:

 

"Zirə" hələ ötən il Avropa Liqasına vəsiqə qazanmışdı. Məlum qaydalara görə, bu turnirdə iştirak edə bilmədi. Nə xoşdu ki, klub bir il sonra yenidən eyni yarışa vəsiqə qazandı. Onlar sübut etdilər ki, avrokuboklarda oynamağa layiqdilər. Biz çempionat oyunlarından "Zirə"nin nəyə qadir olduğunu görmüşük. Orada yaxşı kollektiv var. Debütant olduqlarına görə onlara xüsusilə azarkeşlik edəcəyik. İstəyirəm ki, onlar layiq olduqları tarixi yazsınlar, yaxşı siftə etsinlər. Eyni zamanda, qələbələri ilə bizləri sevindirsinlər".

 

Heybət Məmmədov

Tarix
19.06.17 [18:07]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

25 İyun
24 İyun 

Facebook

Sorğu

Növbəti mövsümdən Premyer Liqada neçə klub iştirak etsin?
 8
 10
 12
 Daha çox

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio