“Neftçi”nin "Şalke" ilə oyunun vaxtı açıqlandı

20:19 19 İyun 2017

"Neftçi”nin hazırlıq planı müəyyənləşib.

 

Sportarena.az kluba istinadən xəbər verir ki, iyunun 26-da Bakıda təlim-məşq toplanışına başlayacaq “ağ-qaralar” iyulun 24-də ölkə xaricinə çıxacaq. Hazırlıq prosesi avqustun 3-dək Avstriyanın Kirxdorf bölgəsində təşkil olunacaq.

 

Toplanış çərçivəsində ilk yoxlama oyunu iyulun 26-da Bakı vaxtı ilə saat 20:00-da Almaniyanın "Şalke” klubuna qarşı olacaq. Digər yoxlama görüşləri iyulun 30-da və avqustun 2-3-də baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti