"Püşkün nəticəsindən razıyam" - "Mladost"un baş məşqçisi

22:00 19 İyun 2017

Serbiyanın “Mladost” klubunun baş məşqçisi Nenad Milovanoviç Avropa Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacaqları “İnter”lə bağlı danışıb.

 

Sportarena.az xəbər verir ki, Milovanoviç püşkün onları Avroliqanın ilk mərhələsində Bakı klubu ilə qarşılaşdırmasından razı qaldığını deyib. Ölkəsinin mətbuatına açıqlamasında mütəxəssis bunları bildirib:

 

“Digər potensial rəqiblərimizi nəzərə alaraq, püşkün nəticəsindən razıyam. “Mladost” özünü göstərməlidi. Komandamız mərhələ keçmək üçün maksimum gücünü göstərəcək. Klubumuzu və Serbiya futbolunu layiqincə təmsil etmək istəyirik”.

 

Qeyd edək ki, “Mladost”la “İnter” arasındakı ilk oyun iyunun 29-da Serbiyada, cavab matçı isə iyulun 6-da Bakıda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti