"Qarabağ"ın Avstriyada ilk sınağı

10:23 20 İyun 2017

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün toplanış çərçivəsində ilk oyununa çıxacaq. 

Sportarena.az xəbər verir ki, Ağdam klubu Rusiya təmsilçisi “Axmat”la üz-üzə gələcək. Qarşılaşma Kössen qəsəbəsində baş tutacaq. 

Qeyd edək ki, “Terek” adını “Axmat”a dəyişən Qroznı təmsilçisi bir neçə gün əvvəl Avstriyada hazırlıq keçən “Qəbələ” üzərində 1:0 hesablı qələbə qazanıb. 
 


Xəbər xətti