Raul "Real"a qayıdır

10:56 20 İyun 2017

İspaniyanın "Real" keçmiş hücumçusu Raul Qonzalesi kluba geri qaytarır.

 

Sportarena.az xəbər verir ki, Madrid təmsilçisinin və İspaniya yığmasının əfsanəvi futbolçusu doğma klubuna bu dəfə inzibati vəzifəyə gətirilir. Bu barədə AS nəşri məlumat yayıb.

 

39 yaşlı sabiq futbolçu iyulun 3-də Madrid klubu tərəfindən rəsmən yeni vəzifəsində təqdim olunacaq. O, bundan sonra "Real"da baş direktor Xose Anxel Sançesin müavini kimi fəaliyyət göstərəcək.


Xəbər xətti