"Real"ın prezidenti transfer etmək istədiyi futbolçuların adlarını AÇIQLADI

15:12 20 İyun 2017

"Real" transfer etmək istədiyi futbolçuların adını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, Madrid klubunun prezidenti Florentino Peres "Monako"nun hücumçusu Kilian Mbappe və "Milan"ın qapıçısı Canluici Donnarumma ilə maraqlandıqlarını bildirib:

 

"Mbappenin 16 yaşından Zidan onu izləyir və çox bəyənir. O vaxt Mbappeni yaşının azlığına görə transfer etməmişdik.  Ən yaxşı futbolçulardan biri olacaq. Donnarumma ilə də maraqlanırıq. Amma hansı işlər gördüyümüzü söyləməyəcəm".

 

Peres komandanın əsas qapıçısı Keylor Navasın yerinə "Mançester Yunayted"in qolkiperi David de Xeanı transfer edəcəkləri barədə xəbərləri isə təkzib edib:

 

"De Xea ilə danışıqlarımız olmayıb. İki il öncə onunla transferlə bağlı problemimiz oldu. Sonradan onunla görüşmədik. Navası çox bəyənirəm".


Digər xəbərlər

Xəbər xətti