"Dnepr" dağılır?

16:28 20 İyun 2017

Ukraynanın “Dnepr” klubu maliyyə böhranından yaxa qurtara bilmir.

 

Sportarena.az xəbər verir ki, ötən mövsümün nəticələrinə görə birinci diviziona yuvarlanan Dnepetrovski təmsilçisinin bu liqada da oynayıb-oynamayacağı hələlik müəyyənləşməyib. Məsələ burasındadır ki, klub maliyyə vəziyyəti aşağı olduğu üçün Ukrayna Futbol Federasiyasından sertfikat ala bilməyib. Əgər “Dnepr” 10 gün ərzində lazım olan maliyyə sənəndlərini yerli quruma təqdim etməsə, o zaman birinci diviziona da buraxılmayacaq.

 

Klubun fəaliyyətini dayandıracağı barədə iddialar da sürətlə yayılmağa başlayıb.

 

Qeyd edək ki, “Dnepr” 2015-ci ildə Avropa Liqasının finalına qədər irəliləyə bilmişdi.


Xəbər xətti