A seriyası klubunda yeni baş məşqçi

17:06 20 İyun 2017

İtaliya A seriyası təmsilçisi “Sassuolo”nun yeni baş məşqçisi bəlli olub.

 

Sportarena.az xəbər verir ki, “yaşıl-qaralar”ı bundan sonra Kristian Bukki çalışdıracaq. Bu barədə məlumatı klubun saytı yayıb. 40 yaşlı mütəxəssisin əvvəlki iş yeri “Peruca” olub.

 

Qeyd edək ki, “Sassuolo” İtaliya A seriyasının son mövsümünü 12-ci pillədə başa vurub.


Digər xəbərlər

Xəbər xətti