Neymar "Real"da tibbi baxışdan keçib - AÇIQLAMA

22:34 20 İyun 2017

“Real”ın prezidenti Florentino Peres “Barselona”nın futbolçusu Neymarla bağlı maraqlı etiraf edib.

 

Sportarena.az xəbər verir ki, Peres Neymarı transfer etmək istədiklərini, ancaq buna nail olmadıqlarını deyib. O, braziliyalı futbolçunun tibbi baxışdan keçdiyini də bildirib:

 

“Neymar 2013-cü ildə “Real”da tibbi baxışdan da keçdi. Biz onu Madridə gətirmək üçün çox cəhd göstərdik. Amma sonradan bunun real olmadığını görüb, istəyimizdən vaz keçdik”.

 

2013-cü ildə “Barselona” “Santos”a 88,2 milyon avro ödəyərək, Neymarı transfer edib.


Digər xəbərlər

Xəbər xətti