"Futbolçularımın istəkli olması məni razı saldı” - Qurban Qurbanov - AÇIQLAMA

10:56 21 İyun 2017

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün ilk yoxlama oyununu keçirdi və Rusiyanın “Axmat” klubuna 0:1 hesabıyla məğlub oldu.

 

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov qarşılaşmaya belə şərh verib:

 

“Avstriyada ilk oyunumuz idi. Futbolçularım çox istəkliydi, bu da çox yaxşı haldı. Düzdü, çatışmazlıqlarımız var və bunların üzərində çalışmalıyıq. İstənilən halda futbolçularımın istəkli olması məni razı saldı”.


Digər xəbərlər

Xəbər xətti