Ayxan Abbasov: "Bu səhvləri görmək vacib idi" - AÇIQLAMA

11:10 21 İyun 2017

"Zirə"nin baş məşqçisi Ayxan Abbasov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın "Vitorul" klubuna qarşı keçirdikləri son yoxlama oyunu və təlim-məşq toplanışı haqda fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları görüşdən sonra bunları söyləyib:

 

“Bu oyun bizim üçün çox önəmli idi. Toplanışın son oyununda komandamızın nə dərəcədə hazır olduğuna baxmaq istəyirdik. Rəqib Rumıniya çempionu idi, güclü komanda idi. Maraqlı oyun oldu. İlk hissədə futbolçularımız tapşırıqları tam yerinə yetirməyə çalışdılar. Hesabda da öndə idik. İkinci hissədə dəyişikliklər etdik. Yeni qoşulan futbolçular 90 dəqiqə meydanda olmaq üçün tam hazır deyillər. Həmçinin digər futbolçuları da izləmək istəyirdik. Bəzi səhvlərimiz oldu və Avropa Liqasının oyunlarından öncə bu səhvləri görmək vacib idi. Onlar üzərində çalışacağıq. Artıq Türkiyədəki təlim-məşq toplanışı başa çatır. Burada taktiki məşqlərə daha çox üstünlük verdik, komandanı yoxlama oyunlarında sınadıq. Ümumilikdə, təlim-məşq toplanışı səmərəli keçdi. Futbolçulardan yalnız Rəşad Sadiqov yüngül zədə aldı və o da artıq Bakıda komandayla məşqlərə başlayacaq. Əsas odu ki, yeni gələn futbolçularımız tez uyğunlaşır. Artıq Bakıya qayıtdıqdan sonra “Differdanj”la oyuna tam heyətlə hazırlaşacağıq”.


Digər xəbərlər

Xəbər xətti