"Zirə" daha bir legionerlə müqavilə imzaladı

16:53 21 İyun 2017

Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Zirə" daha bir legionerlə müqavilə imzalayıb.

 

Sportarena.az xəbər verir ki, söhbət bir müddətdi baxışda olan kamerunlu Josef Bumdan gedir. Üç yoxlama oyununda baxışdan keçən mərkəz müdafiəçisi məşqçilər korpusunun etimadını qazana bilib. 27 yaşlı oyunçu ilə 1 illik rəsmi müqavilə imzalanıb. Onun adı hətta qəsəbə təmsilçisinin Avroliqanın ilk təsnifat mərhələsi üçün UEFA-ya göndərilən iştirak ərizsəsinə də daxil edilib.

 

Qeyd edək ki, Josef Bum karyerası ərzində Türkiyənin "Mersin İdman Yurdu", "Antalyaspor", "Osmanlıspor" və "Qaziantep BB" kimi klublarında forma geyinib.


Digər xəbərlər

Xəbər xətti