Kadis Eddi İsrafilovu göndərir

17:51 21 İyun 2017

İspaniya La Liqasına vəsiqə uğrunda pley-off mərhələsinin yarımfinal oyunları çərçivəsində “Tenerife”yə məğlub olan “Kadis” klubu heyətində islahatlar aparacaq.

 

Sportarena.az xəbər verir ki, sözügedən klub mövsümlərarası fasilədə bir neçə futbolçusu ilə yollarını ayıracaq.  Bu futbolçular arasında millimizin üzvü Eddi İsrafilovun da adı var.

 

İspaniya mətbuatının yazdığı xəbərə görə, baş məşqçi Alvaro Kervera Eddi İsrafilovla yanaşı, İvan Malon, Ager Aketxe, Alfredo Ortuno və Qorka Santamarianın xidmətində maraqlı deyil. Adıçəkilən futbolçulara yaxın vaxtlarda bu barədə məlumat veriləcək.

 

Qeyd edək ki, İsrafilov bu mövsümün əvvəlindən “Kadis”də çıxış edir. 24 yaşlı yarımmüdafiəçi mövsüm ərzində 20 matçda iştirak edib və 1 qolla yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti