Ramil oynadı, komandası 6 top buraxdı

22:34 21 İyun 2017

Millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Jilina" təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, son Slovakiya çempionu ölkənin digər təmsilçisi "Trençin"lə qarşılaşıb və 3:6 hesabı ilə uduzub. Şeydayev oyunun 46-cı dəqiqəsində meydana daxil olub. 


Qeyd edək ki, "Jilina" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Danimarkanın "Kopenhagen" klubu ilə qarşılaşacaq.


Xəbər xətti