Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” hazırlığın beşinci gününü axşam məşqi ilə tamamlayıb.
Sportarena.az xəbər verir ki, yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 21:00) start götürən məşq təxminən bir saat yarım davam edib.
Hazırlıqda ümumi toplu çalışmalara üstünlük verilib. Milli komandalardan gələn futbolçular da məşq prosesinə qoşulub. Dani Kintana isə qaçmaqla kifayətlənib.