Çili DÇ-2026-ya ev sahiblik etmək istəyir? - AÇIQLAMA

12:11 22 İyun 2017

Çili də 2026-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək niyyətindədi.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Çili Futbol Federasiyasının prezidenti Arturo Salah verib. O, mundialı başqa ölkələrlə birgə təşkil etmək niyyətində olduqlarını deyib:

 

“Biz dünya çempionatını təşkil etmək istəyirik. Bunu digər ölkələrlə birgə etməyi planlaşdırırıq. Ölkələrin sayı 2, ya da 3 də ola bilər. Bizə yaxın olan ölkələrin də fikirlərini öyrənməyə çalışacağıq. Məsələni araşdırandan sonra ərizə verilməsi ilə bağlı qəti qərara gələcəyik”.

 

Qeyd edək ki, ABŞ, Meksika və Kanada DÇ-2026-nı təşkil etmək üçün birgə ərizə ilə müraciət ediblər.


Digər xəbərlər

Xəbər xətti