"Qəbələ" "Ludoqorets"ə uduzdu

10:25 23 İyun 2017

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama oyununa çıxıb.

 

Sportarena.az xəbər verir ki, "qırmızı-qaralar" Bolqarıstanın “Ludoqorets” klubu ilə üz-üzə gəlib. Görüş təmsilçimizin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb..

 
Qeyd edək ki, "Qəbələ" bundan əvvəl yerli “Fulpmes” (8:0) və Rusiya Premyer Liqa təmsilçisi “Axmat”la (0:1) qarşılaşıb. “Qırmızı qaralar” hər matçdan bir hissədən ibarət olan turnirdə isə “Vakker” (0:1) və Bolqarıstan MOİK-i (0:2) ilə də oynayıb.

 

Yoxlama oyunu

22 iyun

Qəbələ - Ludoqorets 0:2

Qollar: Joa Paulo, Cudo Lukoki


Digər xəbərlər

Xəbər xətti