"Neftçi" onu transfer edə bilmədi - Klubunda qalacaq

17:04 22 İyun 2017

Çexiyanın "Slovan" klubu "Neftçi"də icarə müddəti başa çatan futbolçusu Zdenek Folpexti geri qaytarıb. 
 

Sportarena.az xəbər verir ki, bu barədə Liberets komandasının baş məşqçisi İndrjix Trpişovski yerli mətbuata açıqlamasında məlumat verib. O, 26 yaşlı yarımmüdafiəçinin yaxın vaxtlarda "Slovan"a qoşulacağını bildirib.


Qeyd edək ki, "Neftçi" qışda icarə əsasında cəlb olunan futbolçunu transfer etməyə çalışırdı. Zdenek Folprext Azərbaycan Premyer Liqasındada 13 oyuna 1 qol vurub.  


Digər xəbərlər

Xəbər xətti