Ağır atletlərimiz dünya çempionatındakı çıxışlarını başa vurublar - VİDEO

17:25 22 İyun 2017

Yaponiyanın paytaxtı Tokio şəhərində 43-cü kişilər və 23-cü qadınlar arasında ağır atletika üzrə gənclərin dünya çempionatı keçirilib.

 

Sportarena.az xəbər verir ki, yarışda yüzə yaxın ölkədən 306 atlet körpücük üzərinə çıxıb. İştirakçılar arasında Azərbaycan yığma komandasının üzvləri də olub.

 

Onlardan mübarizəyə ilk olaraq 62 kq çəki dərəcəsində Kənan Xəlilov qoşulub. Atletimiz bu çəkinin B qrupunda yarışıb.Kənan birdən qaldırma hərəkətində 120 kq-ı ram edib və bu hərəkətdə 2-ci olub. Təkanla qaldırma hərəkətində 130 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə 7-ci pillədə qərarlaşıb. Toplam 250 kq (120+130) nəticə göstərən atletimiz B qrupunda 4-cü yeri tutub. Daha bir idmançımız Məhəmməd Məmmədli də 62 kq çəki dərəcəsində mübarizə aparlb.O, birdən qaldırma hərəkətində 115 kq-ı ram edib və bu hərəkətdə 11-ci olub. Təkanla qaldırma hərəkətində 145 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə 8-ci pillədə qərarlaşıb.Toplam 260 kq (115+145) nəticə göstərən atletimiz bu çəki dərəcəsində 9-cu yeri tutub.


İsa Rüstəmov 69 kq çəki dərəcəsində mübarizəyə qoşulub. Atletimiz bu çəkinin B qrupunda çıxış edib.İsa birdən qaldırma hərəkətində 125 kq, təkanla qaldırmada isə 160 kq-ı ram edib. O, toplam 285 kq (125+160) nəticə ilə B qrupunda 3-cü, bu çəki dərəcəsinin yekun sıralamasında 12-ci yeri tutub.


İdmançılarımızdan son olaraq Hüseyn İsmayılov 94 kq çəki dərəcəsində mübarizəyə qoşulub. Atletimiz bu çəkinin B qrupunda çıxış edib.O, birdən qaldırma hərəkətində 154 kq, təkanla qaldırma hərəkətində isə 180 kq-ı ram edib. Toplam 334 kq (154+180) nəticə ilə bu qrupda 1-ci yeri tutub.A qrupundakı çıxışlar başa çatandan sonra Hüseyn İsmayılovun yekun sıralamada 7-ci yeri tutduğu dəqiqləşib.

 

 


Digər xəbərlər

Xəbər xətti