“Qarabağ” – “Samtredia” matçının vaxtı açıqlandı

18:05 22 İyun 2017

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubunun ilk görüşünün vaxtı və yeri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, mübarizəyə II tənsifat mərhələsindən başlayacaq “Qarabağ” iyulun 11-də Gürcüstanın “Samtredia” klubunu Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək. Oyun saat 21:00-da başlanacaq.

 

Qeyd edək ki, tərəflər arasında cavab görüşü iyulun 18-də keçiriləcək.


Xəbər xətti