62 ilin ən yaxşıları açıqlandı - "Qarabağ", "Neftçi" və "Xəzər Lənkəran" neçəncidi?

18:22 22 İyun 2017

UEFA Çempionlar Kuboku və Çempionlar Liqasının 1955-2017-ci illər aralığındakı ən güclü klublarını sıralayıb.

 

Sportarena.az xəbər verir ki, avrokuboklarda iştirak etmiş 500 klubun düşdüyü siyahıda Azərbaycanın 7 komandası yer alıb. Ən yüksək reytinqli klubumuz avrokuboklardakı ən uğurlu təmsilçimiz olan “Qarabağ”dı. 155-ci pillədə qərar tutan ağdamlıları 162-ci yerdə olan “Neftçi” izləyir.Hər iki klubumuz Avropanın bir çox köklü komandasını geridə qoymağı bacarıb.

 

Maraqlıdı ki, hazırda həvəskarlar liqasında mübarizə aparan “Bakı” 62 ili əhatə edən sıralamada 260-cı yeri tutub və Azərbaycanın 3-cü komandası olub. “500-lüy”ə düşən digər təmsilçilərimizdən “İnter” 287-ci, hazırda I divizionda mübarizə aparan “Şəmkir” 377-ci, “Kəpəz” 378-ci, fəaliyyətini dayandıran “Xəzər Lənkəran” isə 403-cü pillədə göstərilib.

 

Siyahıya Çempionlar Liqasının 12 qat qalibi “Real” başçılıq edir. “Bavariya” ikinci yeri tutubsa, ilk “üçlüy”ü digər İspaniya nəhəngi “Barselona” qapayıb.


Digər xəbərlər

Xəbər xətti