Ronaldo 10 yaşlı Polinanı necə sevindirdi? - FOTOLAR

18:40 22 İyun 2017

Konfederasiyalar kubokunun 2-ci turu çərçivəsində dünən keçirilən Rusiya - Portuqaliya oyunundan (0:1) maraqlı hadisə baş verib.

 

Sportarena, komandaların üzvləri ənənəvi olaraq meydana uşaqlarla çıxıblar. Bu protokol qaydalarına görə, normal hesab edilsə də, Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo bunu fərqli formada edib. Ulduz futbolçu meydana əlil arabasında olan 10 yaşlı Polina Xaeredinova ilə çıxıb. Onun bu addımı alqışlarla qarşılanıb.

 

Polina matçdan sonra bu barədə fikirlərini də bölüşüb. O hisslərini belə ifadə edib:

 

“Biz meydana çıxanda o məni öpdü və qucaqladı. Mən isə Ronaldoya üzərində Portuqaliyanın bayrağı əks olunan bilərsiz bağışladım. Bu, mənim həyatımda ən xoşbəxt gün idi”.

 

Maraq üçün deyək ki, Ronaldo Polinaya gödəkçəsini və formasını hədiyyə edib.


Digər xəbərlər

Xəbər xətti