"Qarabağ"ın cütün qalibi olmaq şansı çoxdu" - AÇIQLAMA

12:53 23 İyun 2017

Gürcüstanın "Dinamo" (Tbilisi) klubunun baş direktoru Mixail Kutsişvili Çempionlar Liqasının 2-ci mərhələsində keçiriləcək “Qarabağ” - “Samtredia” oyunları haqda danışıb.

 

Sportarena.az xəbər verir ki, vaxtı ilə "Kəpəz", "Olimpik" kimi klublarımızda çıxış etmiş veteran futbolçu “Qarabağ”ın Gürcüstan çempionu ilə görüşlərdə şansının daha çox olduğunu bildirib:

 

"Bu, çox maraqlı oyun olacaq. Düşünürəm ki, "Qarabağ"ın cütün qalibi olmaq şansı çoxdu. Onlar maliyyə cəhətdən də "Samtredia"nı üstələyir. Lakin hansı komandanın mərhələ keçəcəyini demək bir qədər çətindi. İnanıram ki, "Samtredia" layiqli mübarizə aparacaq". 
 

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 11-də Bakıda, cavab matçı isə bir həftə sonra Tbilisidə keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti