Salah rəsmən "Liverpul"da

13:14 23 İyun 2017

“Liverpul” “Roma”nın yarımmüdafiəçisi Məhəmməd Salahın transferini rəsmən açıqlayıb.


Sportarena.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi yeni komandasında 11 nömrəli formanı geyinəcək. Britaniya mətbuatı misirli futbolçunun “Liverpul”la 2022-ci ilə qədər müqavilə imzaladığını və ilinə 5.5 milyon avro qazanacağını yazıb.


Qeyd edək ki, Salah ötən mövsüm A seriyasında 31 matçda 15 qol vurub, 13 qolun ötürməsini verib.


Digər xəbərlər

Xəbər xətti