İspaniya prokurorluğu Messi ilə bağlı qərarını açıqladı

14:16 23 İyun 2017

İspaniya prokurorluğu "Barselona" futbolçusu Lionel Messiyə verilən 21 aylıq şərti həbs cəzasını pul cəriməsi ilə əvəzləyib.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. 29 yaşlı hücumçunun ödəyəcəyi cərimənin ümumi məbləği 252 min avro təşkil edəcək.

 

Qeyd edək ki, Messi 2007-09-cu illərdə  4.1 milyon avro məbləğində vergidən yayınmaqda ittiham olunurdu.


Digər xəbərlər

Xəbər xətti