“Vətən” beynəlxalq turnirdə iştirak edib

14:53 23 İyun 2017

“Vətən” futbol məktəbinin U-10 komandası həmin yaş üzrə Avstriyanın paytaxtı Vyanada keçirilən uşaqlar arasında dünyanın ən böyük futbol yarışı - “Champions trophy 2017” turnirinin final mərhələsində iştirak edib.

 

Sportarena.az xəbər verir ki, 1000 komandanın qatıldığı turnirin final mərhələsində, hər qrupda 8 olmaqla 16 qrupa bölünən iştirakçılar çempionluq uğrunda mübarizə aparıb. 128 seçmə heyətin gərgin mübarizəsi 3 mərhələdə davam edib.

 

A qrupunda yer alan “Vətən” keçirdiyi 7 oyundan (3 qələbə, 3 məğlubiyyət və 1 heç-heçə) 10 xal toplayaraq mübarizəni 3 və 4-cülər arasında davam etdirib. Burada da uğurla yarışan Azərbaycan komandası üçüncü yeri tutub. Yekun mərhələdə 3-cü yerlər uğrunda yarışan (8 komanda arasında) “Vətən” ən yaxşı nəticə göstərib. Ümumilikdə “Vətən” turnirdə 8 ölkədən (Avstriya, İspaniya, Bosniya və Herseqovina, Serbiya, Çexiya, Sloveniya, Xorvatiya, Rumıniya) 13 komanda ilə qarşılaşıb.

 

Turnirin qalibi isə İngiltərənin “Çelsi” klubunun U-10 komandası olub. Portuqaliya “Benfika”sı 2-ci, İtaliya “Yuventus”u üçüncü yeri tutublar. 


Digər xəbərlər

Xəbər xətti