Klublarımızın avrokubok oyunları hansı kanalda yayımlanacaq?

18:16 23 İyun 2017

Azərbaycan klublarının avrokubok mövsümünə start verməsinə bir həftədən də az vaxt qalıb. Amma hələ də oyunları hansı kanaldan izləyəcəyimiz müəyyənləşməyib.


Sportarena.az sport7.az-a istinadən xəbər verir ki, hazırda "CBC Sport"un texniki imkanları məhdudluğu və əməkdaşlarının çoxunun məzuniyyətə göndərilməsi səbəbindən bu telekanal klublarımızın ev oyunlarını yayımlamaq üçün mübarizəyə girişməyəcək. İlkin ehtimallara görə, "CBC Sport" yalnız "İnter"in "Mladost"la oyununu yayımlayacaq. Danışıqlar müsbət sonuclansa, "bankirlər"in ev-səfər oyunları serblərlə barter olunacaq və "CBC Sport"dan yayımlanacaq.
 

Digər klublarımızın iştirakı ilə keçirilən oyunlara isə futbolsevərlər "İdman Azərbaycan" telekanalı vasitəsi ilə baxa biləcəklər. Söhbət "Qarabağ", "Qəbələ" və "Zirə"dən gedir.


Digər xəbərlər

Xəbər xətti