MY PSJ-nin futbolçusu üçün hərəkətə keçdi - 70 milyon avro

18:49 23 İyun 2017

"Mançester Yunayted" PSJ-in futbolçusu Markinyos ilə maraqlanır. 
 
Sportarena.az xəbər verir ki, bu barədə "GloboEsporte" məlumat yayıb. Bildirilir ki, "qırmızı şeytanlar" müdafiəçi üçün fransızlara 70 milyon avro ödəməyə hazırdır.
 
Markinyos "Barselona"nın da diqqətindədir. Lakin Kataloniya təmsilçisi 23 yaşlı futbolçu üçün 45 milyon avro təklif edir. 
 
Qeyd edək ki, müdafiəçinin PSJ ilə müqaviləsi 2019-cu ilin yayında başa çatacaq. 


Digər xəbərlər

Xəbər xətti