"Şaxtyor"un qapıçısı "Qarabağ"da

10:48 24 İyun 2017

2017/18-ci illər mövsümü üçün heyətini gücləndirməyi davam etdirən “Qarabağ”  ilk legioner transferini gerçəkləşdirib.

 

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi qapıçı Anton Kanibolotski ilə iki illik müqavilə imzalayıb.

 

Ukraynalı qolkiper artıq komandanın Avstriyada davam edən təlim-məşq toplanışına qoşulub. Peşəkar karyerasına Ukraynanın “Dnepr” klubunda başlayan qolkiper daha sonra ölkəsinin digər klubu “Krivbass”a transfer olub. 2012-ci ildə Donetsk təmsilçisi “Şaxtyor”a keçən 29 yaşlı çərçivə qoruyucusu geridə qalan mövsümün sonuna kimi bu komandada forma geyinib.

 

Kanibolotski vaxtı ilə Ukraynanın 21 yaşlılardan ibarət yığma komandasına da dəvət alıb.


Digər xəbərlər

Xəbər xətti