Millimizin sabiq üzvünün yeni klubu müəyyənləşdi

11:12 24 İyun 2017

Azərbaycan millisinin sabiq müdafiəçisi Ufuk Budak özünə yeni klub tapıb.

 

Sportarena.az xəbər verir ki, Berti Foqtsun dönəmində millimizin sıralarına cəlb olunan futbolçu yeni mövsümdən "Samsunspor"da çıxış edəcək. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

Bildirilir ki, komandanın baş məşqçisi Alpay Özalanın istəyi ilə sol cinah müdafiəçisi mövqeyinə məhz Ufuk gətirilir. Tərəflər arasında artıq hərtərəfli razılıq əldə olunub. Yalnız müqaviləyə imza atmaq qalır ki, yaxın günlərdə futbolçu tibbi yoxlanışdan keçəndən sonra bu da rəsmiləşəcək.

 

Qeyd edək ki, Budak son mövsümü "Manisaspor"da keçirib. Lakin o, mövsüm bitən kimi Manisa klubundan aldığı təklifdən imtina edərək, yeni müqavilə imzalamamışdı. 


Digər xəbərlər

Xəbər xətti