İspaniyalı ulduz futbolçu karyerasını başa vurdu

12:13 24 İyun 2017

“Real”ın və İspaniya yığmasının sabiq futbolçusu Alvaro Arbeloa karyerasını bitirib.

 

Sportarena.az xəbər verir ki, bu barədə futbolçu özü məlumat verib. Müdafiəçi ötən mövsümü “Vest Hem”də keçirib.

 

"Real”ın futbol məktəbinin yetirməsi olan Arbeloa “kral klubu”ndan savayı, “Deportivo” və “Liverpul”da da çıxış edib. O, İspaniya yığmasının heyətində 2010-cu ildə dünya, 2008 və 2012-ci ildə Avropa çempionu olub. Müdafiəçi iki dəfə Çempionlar Liqasında qalib gəlib. Onun qazandığı titullar arasında İspaniya çempionluğu, İspaniya kuboku, İspaniya superkuboku, UEFA superkuboku və klublararası dünya çempionluğu var.


Digər xəbərlər

Xəbər xətti