Messi yubileyini qeyd edir

12:30 24 İyun 2017

Bu gün Argentina millisi və "Barselona"nın futboçusu Lionel Messinin 30 yaşı olur.

 

Sportarena.az xəbər verir ki, o, 1987-ci ilin bu günündə  Argentinanın Rosario şəhərində doğulub. Messi 2000-ci ildən etibarən Kataloniya klubunun aşağı yaş qrupları üzrə komandalarında çıxış edib. "Barselona"nın əsas komandasında isə 2004-cü ilin oktyabrında "Espanyol"la görüşdə debüt edib.

 

Argentina millisi və "Barsa" tarixininin ən yaxşı bombardiri olan 30 yaşlı hücumçu karyerası ərzində 5 dəfə "Qızıl top" mükafatını qazanıb. Messi "Barsa" ilə 8 dəfə İspaniya çempionu, 6 dəfə İspaniya kuboku, 5 dəfə İspaniya Superkuboku, 4 dəfə Çempionlar Liqasını, 3 dəfə UEFA superkuboku və klublararası dünya çempionatının qalibi olub.

 

Qeyd edək ki, növbəti həftə - iyunun 30-da Messinin toy mərasimi də olacaq.


Digər xəbərlər

Xəbər xətti