"Real"ın futbolçusu MY-ə keçir - Mourinyo onu razı sala bildi

12:53 24 İyun 2017

Xames Rodrigesin "Real"dan ayrılacağı dəqiqləşib

 

Sportarena.az xəbər verir ki, bu barədə "OK Diario" məlumat yayıb. Kolumbiyalı ulduzun yeni klubu da artıq bəllidi. Məlumata görə, Joze Mourinyo nəhayət onu "Mançester Yunayted"də oynamağa razı salıb.

 

"Real"ın da bu transferə razılıq verdiyi bildirilir. Bu yay Kilian Mbappeni transfer etməyi planlaşdıran "Kral Klubu" Rodrigesin satışından əldə edəcəyi məbləği fransalı ulduzun alınmasına xərcləyəcək.

 

Qeyd edək ki, "Real" Rodrigesi 2014-cü ildə "Monako"dan 75 milyon avroya alıb.


Digər xəbərlər

Xəbər xətti