Belhanda "Qalatasaray"da

13:32 24 İyun 2017

Türkiyənin "Qalatasaray" klubu Mərakeş yığmasının və Ukraynan "Dinamo" (Kiyev) klubunun hücumameylli yarımmüdafiəçisi Yunes Belhandanı heyətinə qatmağa çox yaxındı.

 

Sportarena.az xəbər verir ki, "Sevilya" və "Valensiya"nın da istədiyi bu futbolçunu Türkiyəyə gətirməyə razı sala bilib. Tərəflər 4 illik müqavilə ilə bağlı razılığa gəliblər. "Qalatasaray" Kiyev klubuna 8 milyon avro transfer haqqı ödəyəcək. 27 yaşlı oyunçunun özü isə İstanbul nəhəngində ilinə 3 milyon avro qazanacaq.

 

Futbolçu bazar ertəsi günü İstanbula gələcək və tibbi yoxlanışdan keçəndən sonra müqaviləyə imza atacaq.

Qeyd edək ki, Mərakeş yığmasında 32 oyuna 3 qol vuran Belhanda son mövsümü Fransanın "Nitsa" klubunda icarədə keçirib. Daha öncə "Şalke"yə də icarəyə verilən futbolçu "Dinamo"ya qədər də "Monpelye"də top qovub.


Digər xəbərlər

Xəbər xətti