Messi ötən mövsümün ən yaxşısı seçildi

15:04 24 İyun 2017

Argentina yığmasının hücumçusu Lionel Messi İspaniyanın "Barselona" klubunun geridə qalan mövsümdə ən yaxşı futbolçusu seçilib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb. Bildirilir ki, Messi Kataloniya mətbuatında aparılan sorğuya əsasən ötən mövsümün ən yaxşısı adına layiq görülüb.

 

Qeyd edək ki, Messi 2016/17 mövsümündə "Barselona"nın heyətində çıxdığı 52 oyunda 54 qola imza atıb. 


Digər xəbərlər

Xəbər xətti