"Qarabağ"ın oyununda 7 qol - YENİLƏNİB

22:15 24 İyun 2017

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ikinci yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubu Bolqarıstanın SSKA klubu ilə qarşılaşıb. Bu görüşdə Qurban Qurbanovun komandası 2:5 hesabı ilə məğlub olub. "Qarabağ"da qolları Ağabala Ramazanov və Dino Ndlovu vurublar.


Qeyd edək ki, "Qarabağ" Avstriyadakı ilk yoxlama görüşündə "Axmat"a (Rusiya) 0:1 hesabı ilə uduzub.

 

Yoxlama oyunu

24 iyun

20:00 Qarabağ - SSKA 2:5 
Qarabağ: Şahruddin Məhəmmədəliyev (İbrahim Şehiç, 46) Elgün Uluxanov, (Bədavi Hüseynov, 60),  Elvin Yunuszadə, Arif Daşdəmirov, (Maksim Medvedev, 60),  Ansi Aqolli, Abbas Hüseynov, (Rahid Əmirquliyev, 46), Miçel (Qara Qarayev, 60), Coşqun Diniyev, Ağabala Ramazanov (Əfran İsmayılov,  60),  Elşən Abdullayev (Mahir Mədətov, 46),  Dino Ndlovu


Digər xəbərlər

Xəbər xətti