"Barselona" braziliyalı futbolçuya görə hərəkətə keçdi

23:40 24 İyun 2017

“Barselona” Çinin “Quanjou Everqande” klubunun braziliyalı yarımmüdafiəçisi Paulinyonu transfer etmək istəyir.

 

Sportarena.az xəbər verir ki, Kataloniya klubu 28 yaşlı futbolçunu komandanın hücumçusu Neymarın məsləhətilə almaq istədiyi iddia edilir. Məlumata görə "Barselona" qarşı tərəflə danışıqlara start verib.

 

28 yaşlı yarımmüdafiəçi 2015-ci ildə "Tottenhem"dən Çin klubuna 14 milyon avroya transfer edilib.


Xəbər xətti