La Liqaya sonuncu vəsiqənin sahibi bəlli oldu

14:38 25 İyun 2017

İspaniya La Liqasının 2017/18 mövsümünə sonuncu vəsiqənin sahibi müəyyənləşib.

 

Sportareena.az xəbər verir ki, sonuncu xoşbəxt "Xetafe" olub. Bu komanda elitaya vəsiqə uğrunda "Tenerife" ilə mübarizədən qalib ayrılıb. Bir neçə gün öncə səfərdə bu rəqibinə 0:1 hesabıyla uduzan Xetafe şəhərinin eyniadlı təmsilçisi doğma meydanda 3:1 hesablı qələbə sayəsində yenidən La Liqaya vəsiqə qazanıb.

 

Qeyd edək ki, daha öncə İspaniya 2-ci liqasında 1 və 2-ci pilləni tutan "Levante" ilə "Jirona" La Liqanın 2017/18 mövsümündə mübarizə aparmaq hüququ qazanmışdı.


Xəbər xətti