Messi doğum gününü belə qeyd etdi - FOTO

15:02 25 İyun 2017

İyunun 24-də “Barselona”nın futbolçusu Lionel Messi doğum gününü qeyd edib.

 

Sportarena.az xəbər verir ki, Leonun 30 yaşı tamam olub. Messi doğum gününü dar çərçivədə, yaxınlarının əhatəsində qeyd edib. Argentinalı “instaqram”da ad günü üçün hazırlanmış tortların da şəkillərini paylaşıb. Tortların birinin üzərində “Barselona”nın emblemi olub. Messi belə şərh yazıb:

 

“Doğum günü yekunlaşır. Hər kəsə təbriklərə görə təşəkkür edirəm”.

 


Xəbər xətti